Avq
2015
13:40
60
470
34450
Virtual karabakh

Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb - YENİLƏNİB

1 Avq, 2015
13:40
34450

Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DİN məlumat yayıb.

Daxili İşlər Nazirliyi (DİN) müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması faktı ilə bağlı məlumat yayıb.
 
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Bakı şəhər sakini Mahir Allahverdiyev dənizdə skuter sürərkən yıxılaraq boğulub.
 
Hazırda meyitin sudan çıxarılması üçün tədbirlər görülür.

31.07.2015 22:51

Müğənni Tacir Şahmalıoğlunun dənizdə batmış qardaşı Mahir Allahverdiyevin axtarışları davam edir.
 
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
 
Belə ki, Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.
 
Hazırda xilasedicilər M.Allahverdiyevin axtarışlarını davam etdirir. Onun ailə üzvləri çimərliyə gələrək məlumat gözləyirlər. 

18:18

Azərbaycanda tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya müğənni T. Şahmalıoğlu özü məlumat verib. Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyində batıb: 

“Hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Qardaşımı tapmaq hələlik mümkün olmayıb”.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri