Dek
2013
10:30
73
129
46634
Virtual karabakh

Xalq artisti gənc müğənniyə erməni dedi – Foto ( 18+ )

9 Dek, 2013
10:30
46634

Xalq artisti gənc müğənniyə erməni dedi – Foto ( 18+ )

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Natavan çaşıb”.

Azərbaycanın xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi yeni qalmaqala imza atıblar.

Oxu.Az xəbər verir ki, Natavan Həbibi “ATV maqazin” verilişinə müsahibəsində Aygün Kazımovaya ismarıc göndərib:

“Bir sənətçi, müğənni üçün heç də xoş olmayan dəlillərim var. Elə video, foto görüntülər var ki, həqiqətən də danışsam, göstərsəm çox pis olacaq. Biyabır olacaqsan! Mənə sataşma, əl çək məndən! İlhamə xanım mənə “Prinsessa” titulunu verib, söyləyib ki, əcəb edirəm, sən mənim qızımsan bu adı mən sənə verirəm. Mən də sevə-sevə qəbul etmişəm.

Səhər durub görürəm ki, kimsə öz itini qucağına alıb onu Prinsessa adlandırır.

Mən illərdir heç bilmirəm axı o, müğənni məndən nə istəyir? Nəyin davasını edir mənimlə? “W trio” qrupunda oxuyanda həmin müğənninin mənimlə əlaqəsi çox yaxşı idi.

Natavan Həbibinin “ATV maqazin” verilişində verdiyi bu açıqlama xalq artisti Aygün Kazımovanı hövsələdən çıxarıb.

Natavanın əvvəllər çəkdirdiyi açıq-saçıq şəkilləri sosial şəbəkədə paylaşaraq “Natavan çaşıb” yazan Aygün Kazımova  yaxşı münasibətdə olmadığı müğənniyə sətiraltı ismarıclar göndərib.

Natavanı erməni soyadı ilə adlandıran Aygün Kazımova ona “Natavan Karapetyan” kimi müraciət edib. Bir-birinin ardınca Natavanın qeyri-etik şəkillərini İnstagramda paylaşan Aygün, müğənni haqda heç də xoş olmayan ifadələr işlədib.

Bundan dərhal sonra Natavan Həbibi Facebookda öz VİP Natavan səhifəsində bu da “xalq artisti” adlı status paylaşıb və Aygün Kazımovanın etik olmayan şəkillərini yayımlayıb.

Müğənni bunları yazıb:

“Bu gün olanlara münasibətimi Aygün kimi gizli öz İnstagram profilimdə yox, elə insanların gözü önündə bildirmək istəyirəm. Aygün illərdir mənə atılan böhtanların arxasında durmasa, öz adını özü qoysun. Əgər mənim Karpetyan, ya da Akopyan olduğumu sübut eləməsə, mən onun kimliyini sübut edərəm məmnuniyyətlə. Çox susdum, yazığım gəlirdi, çünki fikirləşirdim ki, onun öz dərdləri ona bəsdir, ən azından anadır, ən azından. Və bir daha deyirəm, illərdir dediyin sözlərin məsuliyyətini dərk etmədinsə, sənə söz verirəm sən bu sözlərin nə qədər ciddi ittiham olduğunu başa düşəcəksən”.

Hər iki müğənninin yayımladığı həmin fotoları sizə təqdim edirik:

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri