25 
Avq
2015
10:50
109
213
47249
Virtual karabakh

Elza Seyidcahan qızına toy çaldırdı – FOTO

25 Avq, 2015
10:50
47249

Elza Seyidcahan qızına toy çaldırdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir valideyn kimi çox sevincliyəm”.

Əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin toyu olub. 

Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, o, Elxan Əlisatov adlı fotoqrafla ailə qurub.

Şəhər restoranlarının birində baş tutan məclisdə maraqlı anlar yaşanıb.

Aparıcılığını müğənni Zamiq Hüseynovun etdiyi məclisə incəsənət aləminin tanınmış simaları qatılıb. 

Bəy və gəlin mərasimə maraqlı və fərqli bəzədilmiş avtomobillə gəlib. 

Elxan və Gülşənin nikah mərasimi açıq havada olub. Cütlük ilk rəqsini də restoranın həyətində edib, daha sonra içəri daxil olublar. 

Çıxış edən E.Seyidcahan “Bu gün qızımın xoş günüdür. Allah bütün valideynlərə övladının xoş gününü görməyi qismət etsin. Bir valideyn kimi çox sevincliyəm” deyə, bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri