29 
Avq
2015
17:15
129
255
19155
Virtual karabakh

Namiq Qaraçuxurlu evlənir

29 Avq, 2015
17:15
19155

Namiq Qaraçuxurlu evlənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu, meyxanaçının rəsmən ikinci evliliyidir.

Meyxanaçı Namiq Qaraçuxurlu evlənir. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, sənətə gəldiyi gündən populyarlığını ititrməyən ifaçının toyu sentyabra planlaşdırılıb. 

Toy günü və məkan artıq təyin olunsa da, bu barədə ictimaiyyətə açıqlanmır. Məclisə media nümayəndələri buraxılmayacaq. Hətta qonaqlardan da sosial şəbəkədə toydan foto paylaşmamaq xahiş olunacaq. 

Bu, Namiq Qaraçuxurlunun rəsmən ikinci evliliyidir. Populyarlaşdıqdan sonra uzun müddət xalq artisti Aygün Kazımova ilə eşq yaşayan meyxanaçı çox erkən yaşlarında evlənib. 

Ailə qurarkən Namiqin 23 yaşı olub. 30 avqust 2001-ci ildə rəsmi nikaha girən keçmiş cütlük 2 dekabr 2005-ci ildə boşanıb. Bu evlilikdən onların iki övladı dünyaya gəlib. Ümid 7 iyul 2002-ci ildə, Ülvi isə 27 noyabr 2003-cü ildə doğulublar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri