Sen
2015
16:36
295
70
35638
Virtual karabakh

Bakılı müğənni “Qolos” layihəsində hamını heyrətləndirdi - VİDEO

5 Sen, 2015
16:36
35638

Bakılı müğənni “Qolos” layihəsində hamını heyrətləndirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O növbəti tura vəsiqə qazanıb.

Rusiyanın Birinci kanalında yayımlanan məşhur  “Qolos” layihəsinin 4-cü mövsümünə start verilib.

Oxu.Az xəbər verir ki, dünən yarışmada iştirak edən 22 yaşlı bakılı müğənni Emil Kadırov öz ifası ilə münsifləri və bütün zalı heyrətləndirərək növbəti tura vəsiqə qazanıb.

Qriqoriy Leps, Polina Qaqarina, Basta (Vasiliy vakulenko) və Aleksandr Qradskinin daxil olduğu münsiflər heyətinin qarşısına “Baila me” (“Mənim üçün rəqs et”) mahnısı ilə çıxan müğənni “ulduz” ustadları heyrətləndirib.

Müğənninin səsinə Aleksandr Qradski və Basta səs verib. Nəticədə Emil Kadırov öz iştirakını Qradskinin komandasında çıxış etməsi qərarı verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri