12 
Sen
2015
00:47
232
69
32685
Virtual karabakh

Azərbaycan xüsusi təyinatlısı gözəllik yarışında - FOTO

12 Sen, 2015
00:47
32685

Azərbaycan xüsusi təyinatlısı gözəllik yarışında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsabiqə Antalyada keçirilir.

Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edən Tehranə Bəhruzi “Mrs. Top of the World-2015” beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək.

Bu barədə Oxu.Az-a “Miss & Mister Azerbaijan” gözəllik müsabiqəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, müsabiqə noyabr ayının 13-dən 18-ə qədər Antalyada keçiriləcək.

“Mrs. Top of the World-2015” müsabiqəsi “IntRIGA World” fondu tərəfindən təsis edilib və xeyriyyə xarakteri daşıyır. Müsabiqədə 26 yaşdan 46 yaşa qədər olan qadın və qızlar iştirak edə bilər - subay, evli, uşağı olan və ya olmayan.

Müsabiqənin proqramına müxtəlif mədəni tədbirlər, fotosessiyalar və mətbuatla görüş daxildir.

Yarışın finalında 5 qalib müəyyən edilir, və onlar aşağıdakı adlarla ilə yanaşı sponsorlardan müxtəlif bahalı hədiyyələr alırlar:
 
Mrs. Top of the World
I Vice Mrs. Top of the World
II Vice Mrs. Top of the World
III Vice Mrs. Top of the World

Həmçinin əlavə Mrs. Top of the World / Audience Favourite titulu da təsis edilib. Bu ada və tacı tamaşaçıların rəğbətini qazanan iştirakçı layiq görülür.

Tehranə Bəhruzi 1986-cı ildə sentyabr ayının 7-də Rusiyanın Xabarovsk bölgəsində anadan olub. Hal-hazırda Bakıda yaşayır, Azərbaycan vətəndaşıdır. 

Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edib. Hərbi karyerasını davam etdirmək və Azərbaycanı layiqincə beynəlxalq müsabiqədə təmsil etmək niyyətindədir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri