16 
Sen
2015
10:18
36
39
5340
Virtual karabakh

Günay Musayeva: Adımın onunla hallandırılmasını istəmirəm

16 Sen, 2015
10:18
5340

Günay Musayeva: Adımın onunla hallandırılmasını istəmirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uzun müddətdir səbrlə gözlədim”.

2011-ci ildə türkiyəli aktyor Tolqa Karellə ailə quran azərbaycanlı model Günay Musayeva ötən gün rəsmi şəkildə boşandığını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, model bu haqda sosial şəbəkədə məlumat verib:

“29.08.2011 tarixində ailə qurduğum Tolqa Karellə ailə həyatımızın təməlinin sarsılıb çökməsi səbəbindən qarşılıqlı razılaşma əsasında Şile Ailə Məhkəməsinin verdiyi qərarla boşanmışam. Uzun müddətdir qarşı tərəfin lazımsız iddiaları səbəbindən uzanan hüquqi müddət içərisində uşağımın xətri üçün, xarakterimdən irəli gələn güclə, səbrlə gözlədim. Mənim üçün bundan sonra vacib olan, hər zamankı kimi oğlum Cihangir Candır. Bu tarixədək bioloji atasının uşaqla maraqlandığı istiqamətində yayılan əsassız xəbərlərə görə, təəssüf ki, bu açıqlamanı vermək məcburiyyətində qaldım. Bundan sonra uşağı ilə maraqlanacağına ümid edirəm. Bundan sonra adımın heç bir şəkildə Tolqa Karellə hallandırılmasını istəmirəm. 

Sonuncu dəfə bildirmək istəyirəm ki, qarşı tərəfdən yüksək miqdarda təzminat almağımla bağlı yayılan xəbərlər də doğru deyil. Təhsil və tibbi ehtiyaclarının ödənilməsi üçün qarşı tərəfin uşağa ödəməli olduğu alimentin dəyəri 500 lirədir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri