18 
Dek
2013
10:25
51
102
30698
Virtual karabakh

Teleaparıcı: Qadın gigiyenik baxımdan təmiz olmalıdır – Foto

18 Dek, 2013
10:25
30698

Teleaparıcı: Qadın gigiyenik baxımdan təmiz olmalıdır – Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“20 min sayıb göndərirəm, bir gecəlik qadınım ol…”

Azərbaycanın televiziya məkanının ən seksual xanım aparıcısı adlandırılan Zemfira Adıgözəlova (qısa olaraq - Zema) Publika.az-a müsahibə verib.

Oxu.Az xəbər verir ki, səmimiyyəti ilə seçilən teleaparıcı müsahibəsində də açıq danışıb.  

Mətbuatda seksual aparıcı kimi təqdim olunmasının onu qıcıqlandırıb-qıcıqlandırmaması barədə suala teleaparıcı belə cavab verib:

“Əvvəllər bu məni qıcıqlandırırdı, sonra gördüm ki, bu titulu qazanmaq üçün əldən-ayaqdan gedənlər var. Mən seksi aparıcı ilə, Zema deyib çağırılmağım arasında fərq görmürəm”.

Zema, hətta kişiləri necə əldə saxlamağın şərtlərindən də danışıb:  

“Birincisi qadın gigiyenik baxımdan təmiz olmalıdır. Üst və alt geyimlərinə qədər seçimi düzgün olmalıdır. Bədən quruluşuna uyğun geyinməlidir. Bəzi qadınlar bunu başa düşmür. Qadın öz eyiblərini elə ört-basdır etməlidir ki, o eyibləri özündən başqa heç kim görməsin. İkinci şərt kişini problemlərlə yükləməməlisən. Dilin şirin olmalıdır, yəni dilinin altına qənd qoymalısan. Həyata da kişinin baxış bucağından baxmalısan. Onda kişi sənindir”.

Aparıcı evli kişilərlə eşq yaşamaq barədə sualı isə belə cavablandırıb:

“Əgər onun ailəsində problemi varsa, evliliyi kağız üzərindədirsə, sevgiyə ehtiyacı varsa, başqa məsələ. Mən hər cür ilişkiyə normal baxıram”.

Ailəli olduğunu deyən Zema ərinin onu qısqandığını, lakin bunu çərçivə daxilində etdiyini bildirib.

“Çünki bilir mən sənət adamıyam”.

Zema müxtəlif kişilərdən telefonuna gələn SMS-lə də oxucuları tanış edib.

“Bir kişi yazıb ki, “20 min sayıb göndərirəm, bir gecəlik qadınım ol…”

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri