Okt
2015
10:55
48
131
17286
Virtual karabakh

Şok proqnoz: Azərbaycanda 4 məşhur qəfil öləcək

8 Okt, 2015
10:55
17286

Şok proqnoz: Azərbaycanda 4 məşhur qəfil öləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəlzələ olacaq.

Payızın gəlişi, 2016-cı ilin iqtisadi təhlili artıq 10-cu ayını yaşadığımız 2015-lə vidalaşma hissi doğurur. Hər zaman olduğu kimi, növbəti ilin arzuları indidən qurulur. Maraqlıdır, 2016-cı il nələr vəd edir?

Oxu.Az xəbər verir ki, ekstrasens Elşən Məmmədov 2016-cı ildə baş verəcək hadisələrlə bağlı “gördüklərini” axar.az-a danışıb.


 
- Önümüzdəki il mədəniyyət sahəsində hansı yeniliklər gözlənilir?

- 2016-cı ildə mədəniyyət aləmində sözünü demiş, məşhur, xalq tərəfindən sevilən iki şəxsin ölümü hər kəsi yasa boğacaq.
 
- Bəs siyasi mühitdə?

- Önümüzdəki ildə gözlənilmədən iki siyasi xadim dünyasını dəyişəcək. Bilirsiniz, bir var, əcəllə ölüm, bir də var, gözlənilmədən. İki siyasi və olduqca məşhur xadim, deyərdim ki, hər ikisi ürək və böyrək xəstəliyindən dünyasını dəyişəcək. Onların ölümü çox gözlənilməz olacaq. Yəni heç kimin ağlına gəlməyəcək şəxslər dünyasını dəyişəcək.
 
- Təbii hadisələr də insanların maraq dairəsində olur. 2016-da hansısa “sürpriz” gözlənilmir ki?

- Mən təbiət hadisələri - hava, zəlzələ, təbii fəlakətlər haqda proqnoz vermirəm. Amma öz hissiyyatıma güvənib demək istəyirəm ki, 2016-cı ildə ölkəmizdə çoxlu yeraltı təkanlar baş verəcək. Onların, demək olar ki, 70 faizi suda, 30 faizi quruda olacaq.

- 2016-cı ildə dünyanın bəlasına çevrilən İŞİD-i nə gözləyir?

- İŞİD 2016-cı ilin ilk yarısında yatmış vulkana dönəcək: 6 ay ərzində gözləmə mövqeyinə çəkiləcək və öz gücünü qoruyacaq, yəni sıradan çıxmayacaqlar, özlərini möhkəmlədəcəklər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri