Okt
2015
12:40
13
63
6608
Virtual karabakh

Selena Gomez kimyaterapiya olunur - FOTO

8 Okt, 2015
12:40
6608

Selena Gomez kimyaterapiya olunur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

23 yaşlı məşhur pop ulduz özəl açıqlamalar verib.

Selena Gomez ona Lupus diaqnozu qoyulduğunu və kimyaterapiya olunduğunu açıqlayıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, “Billboard Magazine” dərgisinin yeni buraxılışının üz qabığında Selena Gomez yer alıb. 23 yaşlı məşhur pop ulduz jurnala özəl açıqlamalar verib.

Özünə Lupus diaqnozu qoyulduğunu açıqlayan müğənni kimyaterapiya gördüyünü də sözlərinə əlavə edib. Mahnı oxumağa ara verməsinin əsl səbəbinin xəstəliyi ilə bağlı olduğunu deyib.

İlk dəfə belə bir xəstəliyə tutulduğunu öyrənəndə bunu heç kimə açıqlaya bilmədiyini və bu müddət ərzində özünü evə bağladığını söyləyən gənc ulduza sosial şəbəkə istifadəçilərindən dəstək gəlib. Gomez pərəstişkarlarının meydana gətirdiyi #WeAreHereForYouSelena haştaqı qısa zamanda trend olub.

Lupus nədir?

Qırmızı qurd eşənəyi (lat. Lupus erythematosus) - autoimmun xəstəliklərdən biridir. Bu zaman insan immuniteti hipeaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir.

Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı “qızartılı qurd” deməkdir.

Qırmızı qurd eşənəyi istənilən orqanı zədələyə bilər. Heç də bütün xəstələrdə dəri zədələnmələri olmur. Bəzi xəstələrdə yalnız bir orqan sistemi patoloji prosesə cəlb oluna bilər: məsələn, yalnız psixoz və ya qlomerulonefrit şəklində özünü büruzə verən kliniki biçimdə. Digər xəstələrdə bütün orqan sistemləri zədələnə bilər: bəzən bu eyni vaxtda baş verə bilər, bəzənsə tədricən gedən proqres nəticəsi ola bilər.

Dəri zədələnmələri: makular, diskoid, bullöz (suluqlu) ola bilər.

Daxili orqan zədələnmələri: bir və ya bir neçə orqan sistemlərin cəlb olunması ilə izlənilə bilər.

Sinir sistemi: psixoz, qıcolma (rus. sudoroqa), xoreik hiperkinez, ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən ifliclər və s. 

Qanyaradıcı toxumalar: leyko- və limfositopeniya, anemiya, trombositopeniya və s. trombozlar.

Ürək-damar sistemi: Libman-Saks endokarditi (qeyri-yoluxucu revmatik endokardit), perikardit, antifosfolipid sindrom nəticəsində aşırı laxtalanma və s.

Tənəffüs sistemi: plevrit

Sidik-ifrazat sistemi: qlomerulonefrit, nefrotik sindrom 

Törəmə orqanları: ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən uşaq salmalar.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri