Okt
2015
14:13
21
39
4691
Virtual karabakh

Ebru Gündeş və Rza Zərrab prokurorluqda ifadə verdilər

8 Okt, 2015
14:13
4691

Ebru Gündeş və Rza Zərrab prokurorluqda ifadə verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərinin hədiyyə etdiyi tarixi bina müğənniyə baha başa gəldi.

Həyat yoldaşı Rza Zərrabın hədiyyə etdiyi bina Ebru Gündeşin başına dərd açıb. Gündeş hədiyyəlik tarixi binaya edilən əlavə mərtəbə ucbatından Beykoz Ədliyyəsində əri ilə birlikdə ifadə verib.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Rza Zərrab Kanlıca sahilində ümumi üç binadan ibarət ikisini 2011-ci ildə satın almışdı. Osmanlı dövründə inşa edilən və 1970-ci ildə ikinci dərəcəli tarixi əsər kimi qeydiyyata alınan binalara sonradan əlavə mərtəbə, lift və tunel inşa edildiyi ortaya çıxmışdı. İstanbul 6 Nömrəli Mədəniyyət Varlıqlarını Qoruma Heyəti mülk sahibləri haqqında Beykoz Respublika Baş Prokurorluğunda cinayət işi qaldırmışdı. 

Məsələ ilə əlaqədar ötən bazar ertəsi günü Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab  Beykoz Respublika Baş Prokurorluğuna gedərək ifadə veriblər.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri