Okt
2015
17:28
66
44
7088
Virtual karabakh

Şakira oğlu ilə reklam çəkilişində - FOTO

9 Okt, 2015
17:28
7088

Şakira oğlu ilə reklam çəkilişində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İfaçı özündən 10 yaş kiçik futbolçu sevgilisi ilə 2010-ci ildən bu yana birlikdə yaşayır.

Məşhur müğənni Shakira (Şakira) ikinci körpəsini dünyaya gətirdikdən sonra qısa bir zaman ərzində əvvəlki formasına qovuşub.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 38 yaşlı Shakira ötən gün İspaniyada bir reklam çəkilişində obyektivlərə tuş gəlib.

Çəkilişdə ifaçını böyük oğlu Milan anasını yalnız buraxmayıb. Məşhur müğənni çəkiliş arasında oğlu ilə maraqlanıb. Özü kamera qarşısına keçən müddətdə Milanı dayəsinə və yaradıcı heyətə əmanət edib.

İkinci körpəsi Saşanı 8 ay əvvəl dünyaya gətirən Shakira, məşqçi Anna Kaiser-in də köməyi ilə qısa müddətdə hər zamankı formasına qovuşub.

Məşhur müğənni bir müddət əvvəl “US Magazine” dərgisinə verdiyi müsahibəsində “Anna və mən illərdir birlikdə çalışırıq. “She Wolf” adlı albomumun təqdimat işlərindən əvvəl formaya düşmək istədiyim dövrdə tanış olmuşuq. Anna son dərəcə qərarlı və ehtiraslı bir təlimçidir. Eyni zamanda birlikdə çalışdığı insanlara daha yüksək hədəflərə nail olmalarında dəstək olur” demişdi.

Qeyd edək ki, Shakira və özündən 10 yaş kiçik futbolçu sevgilisi Gerard Pique 2010-ci ildən bu yana birlikdədirlər. Cütlüyün 4 yaşında Milan və 8 aylıq Saşa adında iki oğlu var. Shakira hərdən stadiona gedərək Barcelona futbol komandasında oynayan sevgilisini  dəstəkləyir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri