20 
Dek
2013
09:15
50
8
9770
Virtual karabakh

Hüseyn Dərya: İnsanları yaxından tanıdıqca heyvanlara hörmətim artır – Foto

20 Dek, 2013
09:15
9770

Hüseyn Dərya: İnsanları yaxından tanıdıqca heyvanlara hörmətim artır – Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onların hamısını idarə edən bir “pult” var”.

Oxu.Az-ın tanınmış rep ifaçısı Hüseyn Dərya ilə müsahibəsi:

-“Can vətənim”  maraqlı sintez oldu. Davamı gələcək?

- Əlbəttə. “Can vətənim” bir layihədir, təkcə repertuar deyil.

Yeni ilin ilk aylarından etibarən hərbi hissələrdə və uşaq evlərində “Can vətənim” adlı konsert proqramları ilə çıxış edəcəm. 2014-cü ildə Space telekanalında “Can vətənim” adlı veriliş də olacaq. Verilişin layihə rəhbəri mənəm, aparıcının isə hələ kimin olacağını dəqiqləşdirməmişəm.

- Bildiyim qədər siz repə meyxanadan gəlmisiniz. Hərdən meyxanaçılarla da söz-söhbətiniz düşür. Bu əvvəllər meyxana deməyinizlə əlaqədardır?

Bəli, mən əvvəllər meyxana deyirdim. Sonradan rep söyləməyə başlamışam. Mən bir ilə yaxın Ağasəlim Çıldağın tələbəsi olmuşam. O vaxtlar meyxanda tez-tez etik normalara uyğun olmayan sözlər işlədilirdi. Ona görə də mən meyxanadan rep sahəsinə gəldim.

- Qalmaqal sizi tapır, yoxsa siz qalmaqalı?

- Əksər hallarda qalmaqal məni tapır, amma hərdən əksinə də olur (gülür).

- Repçiləri “torpeda” adlandırmısınız...

- Mən repçiləri belə görürəm. Onların hamısını idarə edən bir “pult” var. Mən həbsxanaya düşəndə mənə ancaq Dado baş çəkdi. Heç bir repçi çətin günlərimdə mənimlə maraqlanmadı. Hamısı mənim ayağımın altını qazmağa çalışdılar. Səbəb də o idi ki, mən Elşad Xoseni meyxana duelinə çağırmışdım. O vaxt onlar hamısı Elşadın “torpedaları” idi.

Rəqqasə Aynurdan nə xəbər var? Münasibətləriniz necədir?

- O bir mərhələ idi. Həmin mərhələni keçmək üçün o mənə, mən də ona lazım idim. İndi görüşmürük, o, ailə qurub, anadır. Amma bir-birimizi görəndə kövrəlirik. Çünki bizim aramızda çox isti münasibət var idi. Bu fərqli münasibət idi. İndi onun öz şəxsi həyatı var.

“Olum, ya ölüm” repindən sonra sizə hədə-qorxu gələnlər oldu. Bu tipdə replərin davamı gələcək?

- Mütləq davamı gələcək. Mən heç nədən qorxmuram. Məni nədənsə qorxutmaq məni daha da hiddətləndirmək deməkdir. Kimsə mənə hədə-qorxu gəlirsə, o andan məni özünə ən əzazil düşmən seçir. Mən elə bir kateqoriyada dayanan insanam ki, lazım olanda ən təhlükəli insana çevrilməyi bacarıram. Heç bir hədə-qorxuya baxmayaraq, yenə də o silsilədən olan replərin davamı gələcək.

- Bir neçə dəfə intihara cəhd etməyiniz doğrudur?

- Bəli, doğrudur. Cəmiyyətin, insanların doxsan səkkiz faiz gizli sifətini gördüm və insan adlı məxluqa nifrət etdim. Belə insanlar arasında yaşamaq istəmədiyim üçün intihara cəhd etdim. İnsan deyilən məxluq hər şeyə qadirdir. İstədiyi vaxt yaxşılıq da, pislik də edə bilər. Birdən hər şeyi atıb əbədi  başqa bir ölkədə yaşamaq istəyirəm. Sonra fikirləşirəm ki, onda mən gərək hər şeyi sıfırdan başlayım. İnsanları yaxından tanıdıqdan sonra heyvanlara hörmətim get-gedə artır.

Sona xanımla münasibətiniz necədir?

- Onunla görüşmürəm, amma övladımı istədiyim vaxt görə bilirəm.

- Hüseyn Dərya əvvəlki populyarlığını niyə geri qaytara bilmir?

- “Kef elə” ilə mən partlayış etdim. O zaman bütün telekanallar, maqazin verilişləri məni dəvət edirdilər, məndən danışırdılar. Hətta mən həbsxanada olduğum vaxtlarda da. 6 il efirdə olmamağıma baxmayaraq, yenə də Hüseyn Dərya gündəmdən düşmürdü.

İndi yeni albom üzərində çalışıram. Albomda “Kef elə” kimi bir neçə mahnı var. Əminəm ki, onlar da “Kef elə” qədər seviləcək. Mən artıq Hüseyn Dəryayam. Sözümü demişəm. İndi gənc nəsil, yeni gələn repçilər o partlayışı eləsin.

Mən “Kef elə” kimi təkrarlana bilərəm, amma ondan üstünü olmayacaq. Çünki o bir şans idi. Bir saatın içində ulduz olmaq hələ heç kimə nəsib olmayıb.

Yeni İl ərəfəsində fanatlarınızı nə ilə sevindirəcəksiniz?

- 2014-cü ilin yanvar ayında “Sus” adlı  yeni albomum işıq üzü görəcək. Albomda 12 rep yer alacaq. Hamısının sözləri və musiqisi mənə aiddir. Hətta bir neçəsinin oranjımanını da özüm etmişəm.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri