19 
Okt
2015
09:47
66
236
17631
Virtual karabakh

İlhamə Quliyeva: Ölüm istəyirəm – VİDEO

19 Okt, 2015
09:47
17631

İlhamə Quliyeva: Ölüm istəyirəm – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özlərini botoks etdirirlər, ağızları çənələrinə sallanır”.

Azərbaycanın xalq artisti İlhamə Quliyeva ANS-in efirində yayımlanan “Yoldaş Rövşanə ilə” verilişinin qonağı olub.

Oxu.Az xəbər verir ki, o, botoks etdirən və yaşını gizlədən sənət nümayəndələrini qınayıb:

“Mən hər yaşda gözələm. Yaşdan danışanların valideyinəri də yaşlıdır. Onda qoy aparıb onları diri-diri basdırsınlar. Guya ki, bunların qırxı çıxmayıb, bəliyəsən qucağına alasan. Özlərini botoks etdirirlər ağızları çənələrinə sallanır. Mənim yaşım 65-dir. Mən hər doğum günümdə heç fikir etmirəm ki, yaşım çoxaldı”.

Quliyeva Rusiyanın bir ali ocağında hüquq fakültəsində 3-cü kurs tələbəsi olduğunu, qiyabi təhsil aldığını və 2 ildən sonra da diploma sahiblənəcəyini söyləyib. Bunu isə ancaq öz hüqularını bilmək üçün etdiyini bildirib.

Hələ 30 il bundan sonra yaşayacağını qeyd edən xalq artisti vəsiyyət etməyi də unutmadı:

“Oğluma demişəm ki, məni gözəl bir qoz ağacından düzəldilmiş tabuta qoysunlar. Onu gözəl bəzəsinlər. İstəyirəm ki, mən bu həyatdan şərəflə gedim. Ölüm gözlə-qaş arasındadır. Arzulayıram ki, öləndən sonra hamı mənə rəhmət oxusun. Rahat ölüm istəyirəm. Gecə yatım səhər gəlsinlər ki, yoxam. Xəstə olub, kiməsə əziyyət vermək istəmirəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri