19 
Okt
2015
11:44
12
76
11063
Virtual karabakh

İlhamə Quliyeva ona edilən sui-qəsddən danışdı – VİDEO

19 Okt, 2015
11:44
11063

İlhamə Quliyeva ona edilən sui-qəsddən danışdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Soyuducumdan dərmanlar tapmışam, məni zəhərləmək istəyib”.

Xalq artisti İlhamə Quliyeva “Onlar”a müsahibə verib.

Oxu.Az xəbər verir ki, Quliyeva keçmiş köməkçisi Mehriban Bəylər qızı Hüseynovanın onun həyatına sui-qəsd cəhdindən danışıb:

“Mehriban Bəylər qızı Hüseynova oğrudur, qatildir, dələduzdur, canidir. O, məni öldürmək istəyib. Oğlumun dostu ilə yaxınlaşıb. Ondan zəhər istəyib. Deyib ki, “Dərman tap, onun huşu getsin. İlhamə yatanda adam çağıracağam, venasına hava vurub, öldürəcəyəm”.

Soyuducumdan psixotrop dərmanlar tapmışam.

Mənə cadu etdirib. Çarpayımın altına dua qoyub. Halsız olurdum, ayağa qalxa bilmirdim. Duanın birində yazılmışdı ki, İlhamə ölməlidir. 

Saxta vəsiyyətnamə düzəldib ki, guya hər şeyimi ona bağışlamışam.

Mənim xəz geyimimi, ətirlərimi, zinət əşyalarımı oğurlayıb. 

Onun bütün telefon danışıqları, səs-yazıları məndə var.

Mən hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət etmişəm, dövlətimin qanunlarına inanıram.

Olanlardan sonra xalq artsiti Mehriban Hüseynovanın onun ayaqlarına düşərək bağışlanmasını istəyən görüntülərini yayıb.
 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri