30 
Okt
2015
18:00
93
28
4926
Virtual karabakh

“Qolos” layihəsinin azərbaycanlı iştirakçısı: Doğma Bakıya istəyirəm... - VİDEO

30 Okt, 2015
18:00
4926

“Qolos” layihəsinin azərbaycanlı iştirakçısı: Doğma Bakıya istəyirəm... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aleksandr Qradski ilə tamaşaçıları təəccübləndirəcəyik”.

“Qolos” şousunun ən koloritli iştirakçılarından biri olan bakılı Emil Qədirov şounun növbəti mərhələsinə keçib. Məşqlər zamanı o öz müəllimi Aleksandr Qradski ilə dostlaşıb və mürəkkəb romansı ifa edərkən səhnədə uğurlu performans nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, “Moskva-Baku”nun müxbiri bakılı oğlan ilə bir qədər söhbət edib və ona televiziya şousunda uğurları barədə suallar verib, eləcə də Aleksandr Qradskinin sərt müəllim olub olmamasını öyrənib.

- Emil, Aleksandr Borisoviçin həyatda necə olması hamıya maraqlıdır, siz şəxsi fikrinzin yaranması üçün onu yetərincə tanımısınız?

- Aleksandr Borisoviç – peşəkardır, o çox faydalı musiqili məsləhətlər verir, eləcə də konsert repertuarını seçir. Ümumiyyətlə, çox sadə insandır, onunla ümumi dil tapmaq çox asandır. Hər şeyi onun dediyi kimi etmək daha yaxşdır. Axı onun əsas missiyası öyrətmək, təcrübəsinin bir hissəsini verməkdir.

- O, ciddi müəllimdir, səsini qaldıra bilər?

- Əlbəttə, xeyr. Biz çox yaxşı ünsiyyət qururuq, mən onun evinə gedirəm, çay içirik, mahnını müzakirə edirik, onun daha yeaxşı necə ifa etmək olar və bunun üçün nəyin tələb olunduğundan danışırıq. Aleksandr Borisoviç tələbkardır. Bütün iştirakçılar onun fikrinə önəm verirlər, mübahisə etmirlər.

- İfa etdiyiniz romans da müvafiq olaraq onun seçimidir. Bildiyim qədərilə siz romansların və bu qəbildən olan musiqinin həvəskarısınız?

- Mahnı seçimi müəllimə məxsus idi. Mənə müğənni Saşa Streltsovadan daha asan idi. Bu romansı “Qolos”a qədər ifa etmişdim. Tənqidə baxmayaraq düşünürəm ki, Aleksandra tapşırığın öhdəsindən gəldi. Amma onun növbəti mərhələyə keçməməsi, müəllimimin seçimidir. Qradskiyə mənə şouda irəliləmək üçün şans verdiyi üçün minnətdaram.

- Siz münsiflərin digər üzvlərinin firkilərinə qulaq asırsınız? Sizə ünvanlanmış tənqidi necə qəbul edirsiniz?

- Düzünü desəm, dinləmirəm. Mənim üçün Qradski avtoritetdir, o bütün şərhləri dəf edir. Münsiflər heyəti məhz fikir bildirmək üçün mövcuddur, amma onların sözləri mənim müəllimimin seçiminə təsir etmir.

- Bu yaxınlarda hamı Müslim Maqomayevin həyatdan getməsinin faciəli tarixini yada salırdı. Siz də artist, müğənni və musiqiçilər ilə onun xatirəsini yad etdiniz. Tamaşaçılar “Qolos”da  sizin ifanızda Maqomayevin repertuarından mahnı eşidəcəkmi?

- Yalnız yaxınlarını deyil, eləcə də müxtəlif insanların, pərəstişkarların onun xatirəsini yad etməyə gəlmələri yaxşıdır. Mən də onun pərəstişkarıyam. Mənim həyat təcrübəm və səhnə təcrübəm elə də böyük deyil. Amma öz həmvətənimin repertuarından mahnılar ifa edirəm. Konsertlərdə “Mavi əbədiyyət”, “Sənə təşəkkür edirəm”, “Melodiya” mahnıları səslənir – onları xatırlayır və sevirlər. Çox güman ki, layihədə Maqomayevin repertuarından mahnı olmayacaq, istənilən halda belə materiala ehtiyatla yanaşmaq lazımdır.

- Populyarlığınız  və pərəstişkarlarınızın sayı günbəgün artır. Bunu hiss etmisiniz? Konsertlərə çox dəvət edirlər?

- Müxtəlif şəhərlərə konsertlərə çağırırlar, o cümlədən də Bakıya. Mənim solo konsertim Moskvada noyabrın 19-da keçiriləcək, bu mühüm gün və çxışdır. Bu yaxınarda çox məşhur bakılı aparıcı Murad Dadaşov ilə tanış olmuşam. Məndən müsahibə aldı, yəqin ki, məni “Qolos”un üçüncü mərhələsində dəstəkləmək üçün gələcək. Doğma şəhərimə getməyi çox istəyirəm, amma yaxın günlərdə çəkiliş, məşqlər və konsertlərin cədvəlindəki sıxlıq ucbatından ora getmək mümkün olmayacaq.

- Emil siz sürətlə artna populyarlığa necə münasibət bəsləyirsiniz, başqa sözlə desək ulduz xəstəliyinə necə yoluxmamaq olar?

- Sadəcə işləmək və dayanmamaq lazımdır, bu vəziyyət çox zaman insanlar işləməyi dayandırıb özlərinə tamaşa ilə məşğul olnada yaranır. Əsas odur ki, irəliləyəsən, kiçik addımlarla da olsa irəliləmək lazımdır. Ümid edirəm bu mənim başıma gəlməz.

- Təsəvvür edək ki, şouda qalib gəldiniz, nə edəcəkisiniz, axı sizə müqavilə təklif edəcəklər?

- Qalib gəlsəm daha çox işləməli olacam. Müqavilənin şərtləri isə hər zaman razılaşdırılandır. Qələbəyə ümid etmirəm, bu mənim həyatımın əsas məqsədi deyil. Bunu etmək çətin olacaq. İndi 3-cü mərhələyə keçmək və tamaşaçı səsverməsinə çatmaq lazımdır, mənim üçün bu artıq qələbədir.

- Şounun növbəti mərhələsində Aleksandr Borisoviç ilə tamaşaçıları nə ilə təəccübləndirəcəksiniz?

- Çoxları düşünür ki, mən yalnız romans və lirikanı ifa edə bilirəm. Növbəti mərhələdə məndən gözlənilməyən kompozisiyanı ifa edəcəm. Biz Aleksandr Borisoviç ilə səsimin yeni tərəfini kəşf etmək istəyirik. Əmin edirəm ki, bu, tamaşaçıları təəccübləndirəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri