Aqşin: Bu ideya başqalarının ana-bacısına altdan-altdan baxanların ağlına gəlib
Aqşin: Bu ideya başqalarının ana-bacısına altdan-altdan baxanların ağlına gəlib
“Bu ideya evlərə, yataqlara da soxulacaq yəqin”.
Bu, yəqin ki, öz yaxınlarından şübhələnən, özləri metro vaqonlarında, avtobuslarda başqalarının ana-bacısına altdan-altdan baxanların ağlına gəlib.
Oxu.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamada şair Aqşin Yenisey bildirib.
Aqşin Yenisey deyib ki, Azərbaycan cəmiyyətini yuxarıdan parçalaya bilməyən muzdlu güclər yəqin bu prosesi aşağıdan başlamaq istəyirlər:
"Hətta Türkiyə də, səhv eləmirəmsə, keçən il belə bir qanun qəbul olundu ki, orada ərlə arvad qatarın eyni vaqonunda yol gedə bilməzlər. AKP hökuməti cəmiyyətin qütbləşməsini bu səviyyəyə qədər endirə bilib orada. Vaqonlardan sonra bu ideya evlərə, yataqlara da soxulacaq yəqin".
Qeyd edək ki, bəzi şəxslər Facebook sosial şəbəkəsində metroda qatarların son vaqonuna ancaq qadınların minməsi təklifi ilə çıxış edib və bu təklif geniş müzakirəyə səbəb olub.
E.Ə.
www.oxu.az