Noy
2015
14:10
316
12
8289
Virtual karabakh

Azərbaycanda falçılıq rəsmən qadağan edilir

3 Noy, 2015
14:10
8289

Azərbaycanda falçılıq rəsmən qadağan edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Din icazə vermir.

Dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanır.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Komitə sədri Mübariz Qurbanlı bildirib.

Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən M. Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq:

“Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.

Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri