Noy
2015
15:10
153
28
8282
Virtual karabakh

Tural Yusifov tıxac yaradan sürücüləri sərt qınadı – VİDEO

6 Noy, 2015
15:10
8282

Tural Yusifov tıxac yaradan sürücüləri sərt qınadı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürücülər digər yol iştirakçılarının yolunu kəsiblər.

Tanınmış radio aparıcısı, blogger Tural Yusifov tıxaca səbəb olan sürücülərə qarşı video lentə alıb.

Oxu.Az xəbər verir ki, aparıcı Bakının mərkəzi küçəsi ilə hərəkət edən zaman tıxaca səbəb olan situasiya ilə rastlaşıb, daha sonra bunu qeydə alıb.

Belə ki, Bakının mərkəzində Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsində avtomobillərin intensiv hərəkəti müşahidə olunub. İşıqforun yaşıl işığının yanmasına baxmayaraq kəsişməyə daxil olan sürücülər yolun digər tərəfində nəqliyyat sıx olduğu üçün hərəkət edib düz yolun ortasında dayanıblar, bununla da digər yol iştirakçılarının yolunu kəsiblər.

Aparıcı qeyd edib ki, bu tip sürücülər Bakıda tıxacın əsl səbəbkarlarıdır. Aparıcı belə sürücüləri qınayıb.

Oxu.Az həmin görüntüləri sizə təqdim edir:

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri