Noy
2015
17:04
95
40
4382
Virtual karabakh

“ASAN Könüllüləri” Bayraq Günündə fləşmob təşkil edib - FOTO

9 Noy, 2015
17:04
4382

“ASAN Könüllüləri” Bayraq Günündə fləşmob təşkil edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xidmət məlumat yaydı.

ASAN Könüllüləri  “9 noyabr- Dövlət Bayrağı ”gününə həsr olunmuş fləşmob gerçəkləşdirib.

Xidmətdən Oxu.Az-a verilən məlumata görə, "Bayrağımız - dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir" sloqanı ilə  keçirilən fləşmob “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi - Bakı, Gəncə, Sumqayıt, Bərdə və Sabirabad şəhərlərini əhatə edib və  ümumilkdə 100-dən çox Könüllü iştirak edib. 

Fləşmoba dövlət himnini ifasıyla başlayan könüllülər 3 rəngli bayraq şəkillərini geyimlərində və üzlərində əks etdiriblər. 

Həmçinin  könüllülər “ASAN xidmət” mərkəzlərində vətəndaşlara bukletlər  paylayıblar  və bu paylanılan bukletlərdə bayraq gününün tarixi, önəmi və bayrağımız haqqında məlumat xüsusi yer alıb. Bu fləşmob Bakı şəhərində ictimai nəqliyyatda da davam etdirilib. 

ASAN Könüllülərinin Nəqliyyat bələdçiləri də üzlərində 3 rəngli bayraq şəklini əks etdiriblər və sərnişinlərə 9 Noyabr Bayraq Günü ilə bağlı məlumatlar veriblər.

Könüllülər bununla sakinləri və “ASAN xidmət” mərkəzlərinə gələn yaşlı və gənc nəslin də diqqətini  Bayraq Gününə cəlb ediblər.

Fləşmobun keçirilməsində əsas məqsəd “9 noyabr - Dövlət Bayrağı “gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını bir daha cəmiyyətə çatdırmaq olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri