27 
Noy
2015
12:59
203
119
28354
Virtual karabakh

Nardaranda danışıqlar bitdi – YENİLƏNİB

27 Noy, 2015
12:59
28354

Nardaranda danışıqlar bitdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər".

Nardaranda aparılan danışıqlar bitib. 

Oxu.Az xəbər verir ki, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovun Trend-ə verdiyi məlumata görə, tərəflər arasında ümumi razılığa gəlinməyib: 

"Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kənd sakinlərinin meytlərini tələb ediblər. Sabunçu Rayon Prokurorluğu isə hələlik həlak olanların meyitlərini ailələrinə təhvil verməyib.

Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil verilməyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcək".

12:41

Sabunçu rayonunun Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında danışıqlara başlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə kənd ağsaqqalı Hacı Tağı məlumat verib.

Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Görüşdə Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov, Hacı İlqar və başqaları da iştirak edir. Məlumata görə, sakinlərin asayişə riəyyət etmələri xahiş olunub.

Hacı Tağının sözlərinə görə, ümumilikdə kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib:

"Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər".

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri