27 
Noy
2015
19:10
57
118
5517
Virtual karabakh

Türkiyədən Azərbaycana bəzi heyvandarlıq məhsullarının gətirilməsinə – QADAĞA

27 Noy, 2015
19:10
5517

Türkiyədən Azərbaycana bəzi heyvandarlıq məhsullarının gətirilməsinə – QADAĞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmr imzalanıb.

Türkiyədə dabaq xəstəliyinin qeydə alınması ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) əmr imzalayıb.

DBNX-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, DBNX-nın rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanovun bu gün imzaladığı əmrlə Türkiyənİn Van, İqdır, Sinop, Kars, Çorum bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar həmin bölgələrdən və risk zonasına yaxın olan Kastamonu, Çankırı, Kırıkkale, Amasiya, Samsun, Ardahan, Ağrı, Ərzurum bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Türkiyənin Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.

Türkiyədə baş vermiş dabaq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilmiş və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında DBNX bildirir ki, ölkəmizin dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyəti sabitdir.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Türkiyənİn Van, İqdır, Sinop, Kars, Çorum bölgələrində dabaq xəstəliyi qeydə alınıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri