27 
Noy
2015
19:22
196
142
22641
Virtual karabakh

Nardaranda son vəziyyət - FOTO

27 Noy, 2015
19:22
22641

Nardaranda son vəziyyət - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəsəbəyə giriş və çıxış ciddi nəzarətdədir.

Nardaranda vəziyyət dəyişməz olaraq qalır.

Oxu.Az xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün Sabunçu rayon rəhbərliyi ilə ağsaqqallar arasında aparılan danışıqlarda ümumi məxrəcə gəlinmədiyi üçün kənd sakinləri hələ də meydanı tərk etməyiblər. Kənd sakinləri ötən gün qarşıdurma zamanı öldürülənlərin meyitlərinin kəndə gətiriləcəyini gözləyirlər.

Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafına yığışıblar.

Nardaran qəsəbəsinin giriş və çıxışı dünən olduğu kimi, bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri