24 
Dek
2015
13:40
60
128
30117
Virtual karabakh

Bakının mərkəzində “Gelandewagen”lə “Prado” toqquşdu – FOTO

24 Dek, 2015
13:40
30117

Bakının mərkəzində “Gelandewagen”lə “Prado” toqquşdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yol polisi hadisə yerində araşdırma aparır.

Bakının mərkəzində yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə bu gün saat 12.15 radələrində Səbail rayonu, Vaqif küçəsində qeydə alınıb. 

“Mercedes Benz Gelandewagen” markalı, 90 TG 099 dövlət nömrə nişanlı avtomobil “Toyota Prado” markalı, 90 BE 625 dövlət nömrə nişanlı maşınla toqquşub.

Zərbənin təsirindən “Toyota Prado” aşıb. Nəticədə hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Hazırda yol polisi hadisə yerində araşdırma aparır. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri