18 
Yan
2016
12:05
81
54
6037
Virtual karabakh

Gömrüyün hansı funksiyaları ASAN-a veriləcək?

18 Yan, 2016
12:05
6037

Gömrüyün hansı funksiyaları ASAN-a veriləcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz artıq elektron bəyanetməyə keçirik”.

Gömrük komitəsi “ASAN xidmət”lə əməkdaşlıq edir. Biz bu perspektivləri daha da genişləndirmək istəyirik. Hansı funksiyaların “ASAN xidmət” vasitəsi ilə həyata keçirləcəyini müəyyənləşdirmək üçün yaxın müddətdə “ASAN xidmət”lə görüşümüz keçiriləcək. 

Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, gömrük orqanı unikaldır və fiskal siyasət həyata keçirir. 

“Gömrük Komitəsi qanunvericilikdə nəzərdə tutulan hüquq mühafizə orqanı funksiyasını həyata keçirir. Burada əsas mallara nəzarətdir. Bu da Gömrük Komitəsinin üzərinə düşür. 

Biz artıq elektron bəyanetməyə keçirik. Biz perspektiv olaraq elektron bəyanetmənin “ASAN xidmət” vasitəsi ilə həyata keçirilməsini müzakirə edəcəyik. Xarici ölkə vətəndaşının yüngül minik avtomobilini ölkə ərazisində vaxtını uzatmaq üçün Dövlət Sərhəd Xidmətinə və Bakı Baş Gömrük İdarəsinə müraciət etməsinə zərurət qalmayacaq. 

Yüngül minik maşınların müvəqqəti idxal rejimində uzadılması məsələsini “ASAN xidmət” vasitəsi ilə həyata keçirilməsini nəzərdən keçiririk”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri