23 
Fev
2016
09:20
135
71
30432
Virtual karabakh

Bakıda qadın sürücü polisi ayağa qaldırdı - FOTO

23 Fev, 2016
09:20
30432

Bakıda qadın sürücü polisi ayağa qaldırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, maşını ilə birlikdə cərimə meydançasına aparılıb.

Bu gecə yol polisi əməkdaşları qadın sürücünün müqaviməti ilə üzləşiblər. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, polis əməkdaşları Neftçilər prospektində yol hərəkəti qaydasını pozan “Hyundai” markalı avtomobilin xanım sürücüsünə “Saxla!” əmri versələr də, o, hərəkətini davam etdirib. 

Yaradılan süni tıxac nəticəsində avtomobil saxlanılıb. Lakin sürücü avtomobilin qapılarını bağlayaraq sənədlərini polis əməkdaşına verməkdən imtina edib. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. 

O, iki ay əvvəl yol nəqliyyat hadisəsi törədərək ərazidən qaçdığı və banka borcu olduğu üçün axtarışa verilib.

Sənədlərini polis əməkdaşına təqdim etməyən xanım sürücü mobil telefonla tanışı ilə danışdıqdan sonra sükan arxasından sərnişin yerinə keçib. Viktoriya Vlasova müqavimət göstərdiyi üçün əraziyə əməliyyat qrupu çağırılıb. 

O, avtomobildən düşmədiyindən, əraziyə evakuator çağırılıb. Avtomobil sürücü ilə birgə evakuatora mindirilib.

Avtomobil cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Araşdırmalar davam edir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri