16 
May
2016
15:25
17
44
2456
Virtual karabakh

BBF-də “Daxili Motivasiya – 3D Səyahət” mövzusunda seminar təşkil edilib

16 May, 2016
15:25
2456

BBF-də “Daxili Motivasiya – 3D Səyahət” mövzusunda seminar təşkil edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Seminar Coşqun Kərimov tərəfindən keçirilib.

“Baku Business Factory” gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir. 

Oxu.Az xəbər verir ki, bu məqsədlə mayın 14-də təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Daxili Motivasiya – 3D Səyahət” mövzusunda seminar təşkil edilib.

Seminarın əsas mövzusu biznesə yeni başlayan gənclərin bu yolda daha qəti addımlar ata bilməsi üçün onların özlərinə inamlarının artırılması, özlərini daxildən motivasiya edəbilmə və öz bacarıqlarını kəşfetmə yolları haqqında olub.

Seminar GR8 Ünsiyyət Kurslarının həmtəsisçisi, KVAN kitabının müəllifi Coşqun Kərimov tərəfindən keçirilib.

Seminarda “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak ediblər.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri