Fev
2014
16:40
65
81
28765
Virtual karabakh

Suriyada “Ziko” və Fariz adlı azərbaycanlılar öldürüldü – Foto + Video

6 Fev, 2014
16:40
28765

Suriyada “Ziko” və Fariz adlı azərbaycanlılar öldürüldü – Foto + Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xahiş olunur ürəyi zəif olanlar şəkillərə baxmasın.

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yaraqlılara məxsus saytlar məlumat yayıb.

Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan Fariz adlı azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb. Onun Sumqayıtdan olduğu bildirilir. Yaraqlılar onun meyitinin və ölümündən əvvəlki fotolarını sosial şəbəkələrdə yayıblar.

Bundan başqa, mücahidlər ötən ilin dekabrında Suriyada öldürülən daha bir azərbaycanlının fotosunu da sosial şəbəkələrdə yerləşdiriblər.

“Ziko” ləqəbli həmin azərbaycanlının da Sumqayıt şəhərindən olduğu bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu yaraqlılar tərəfindən sosial şəbəkələrdə yayılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri