18 
İyl
2016
19:42
476
264
32569
Virtual karabakh

ANS televiziyasının yayımı dayandırılıb

18 İyl, 2016
19:42
32569

ANS televiziyasının yayımı dayandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qərar qəbul edib.

ANS televizyasının və radiosunun yayımı dayandırılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya ANS-dən məlumat daxil olub.

Məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.

Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.    

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ilk dövlət başçısı kimi hadisəyə münasibət bildirib, bu hadisəni terror, dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və bütün vasitələrlə qardaş türk xalqının və dövlətinin yanında olduğunu ifadə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri