20 
Avq
2017
12:54
61
176
3651
Virtual karabakh

Şahdağ Milli Parkında baş vermiş yanğın söndürüldü – YENİLƏNİB

20 Avq, 2017
12:54
3651

Şahdağ Milli Parkında baş vermiş yanğın söndürüldü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, saat 12 radələrində Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələrinin köməyi ilə yanğının qarşısı tam alınıb.

ETSN-dən verilən xəbərdə qeyd olunur ki, yanğından sonra əraziyə baxış keçirilib. Hadisə zamanı 0,3 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Yanğının başvermə səbəblərini müəyyən etmək üçün ETSN-in Şahdağ Milli Parkı tərəfindən yerli polis şöbəsinə müraciət edilib.  

10:46

Şahdağ Millli Parkında yanğın hadisəsi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.

Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.

Hazırda yanğın lokallaşdırılmaq üzrədir.  

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri