24 
İyl
2016
11:59
39
438
47230
Virtual karabakh

Azərbaycanda gənc oğlanın sevgilisi ilə birgə faciəvi sonu

24 İyl, 2016
11:59
47230

Azərbaycanda gənc oğlanın sevgilisi ilə birgə faciəvi sonu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda avtomobildə gənc oğlanla qızın meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin “3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.

Hərbi xidmətə getməyə hazırlaşan Kənan adlı oğlan sevgilisi Sevinclə qarajlarında görüşüb.

Avtomobildə kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.

Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.

Qeyd olunur ki, hadisə baş verən günün səhəri (iyulun 23-də) Kənan hərbi xidmətə getməli idi, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri