24 
İyl
2016
22:07
13
238
2946
Virtual karabakh

Göyçayda avtomobil 27 yaşlı velosipedçini vuraraq öldürüb

24 İyl, 2016
22:07
2946

Göyçayda avtomobil 27 yaşlı velosipedçini vuraraq öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay rayonunun Ləkçiplaq kəndi ərazisində qeydə alınıb.

Rayonun Ləkçiplaq kənd sakini 1959-cu il təvəllüdlü Hümbət Qədirov 10-FS 469 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən havanın qaranlıq vaxtı yolun kənarı ilə velosipedlə hərəkət edən həmkəndlisi, 1989-cu il təvəllüdlü İbrahimov Qurban Telman oğlunu vurub. Qurban İbrahimov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

 Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri