13 
Avq
2017
16:40
84
187
1783
Virtual karabakh

Dünya Skaut Komitəsinin rəhbəri: Azərbaycan dünya miqyaslı tədbirlərin təşkil edilməsində peşəkardır

13 Avq, 2017
16:40
1783

Dünya Skaut Komitəsinin rəhbəri: Azərbaycan dünya miqyaslı tədbirlərin təşkil edilməsində peşəkardır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu həftənin əvvəlində Qəbələdə 130-dan çox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirildi. Bu, iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumudur.

Oxu.Az xəbər verir ki, forumun yekunları ilə bağlı danışan Dünya Skaut Komitəsinin rəhbəri Joao Armando Qonsalves bildirib ki, Dünya Skaut Hərəkatı Təşkilatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir.

“Skautinqin əsas üstünlüyü ondan ibarətdir ki, burada böyük nəsillərin hesabına, gənclərə həyatlarında uğur qazanmaq üçün unikal imkanlar yaradılır. Skaut olmaq, həyatın çətin sınaqlarından uğurla çıxmaq, komandada işləmək bacarığı və digər şəxsi göstəricilərini inkişaf etdirməyin yoludur. Nəticədə, ən sadə və adi gənclər həyatlarının məqsədinə çatmaq üçün güclü vasitə qazanmış olur. Skautinqin daha bir vacib tərəfi ondan ibarətdir ki, gənclər özlərini dünya hərəkatının bir parçası kimi hiss edirlər, bütün dünya ölkələrində onlarla həmfikir olan insanlar var. Eyni zamanda, bütün dünyada, o cümlədən də Qəbələdə keçirdiyimiz forumlarda skautlar bir-biri ilə ünsiyyət yaradır, münasibət qururlar, ətraf mühitin qorunması kimi ciddi problemlərin həlli ilə bağlı müzakirələr aparırlar.

Joao Armando Qonsalves 13-cü Dünya Skaut Gənclər Forumunun təşkilati məsələlərinə də toxunub. Komitə sədrinin fikrincə, Azərbaycanda turizmin inkişafı və ölkənin dünyada tanıdılması üçün bu cür böyük tədbirlərin Qəbələ və Bakıda təşkil edilməsi düzgün addımdır.

Azərbaycan dünya miqyaslı tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Burada Qəbələdə keçirilmiş 13-cü Dünya Skaut Gənclər Forumunu da xüsusi qeyd etmək lazımdır. Azərbaycan bizim bütün gözləntilərimizi aşdı. Bu, tək mənin fikrim deyil, ilk dəfə Azərbaycanı ziyarət edən yüzlərlə iştirakçının da mövqeyidir. Biz ölkənizin peşəkarlığına əmin olduq. Qəbələnin gözəl təbiətini, insanların mehriban və qonaqpərvərliyindən böyük həzz aldıq.

Bütün iştirakçılar yaxşı təəssüratlarla ölkələrinə dönəcək, bununla öz yaxınları ilə bölüşəcək. Bütün dünya gəncləri, onların valideynləri bu forum sayəsində Beynəlxalq Skautlar Hərəkatının prinsipləri  haqda daha çox məlumat əldə etmiş olacaq.

Dünya Skaut Komitəsinin rəhbəri bildirdi ki, Azərbaycandan getdikdən sonra onlarda bu ölkə haqda gözəl təəssüratlar qalacaq: “Azərbaycanla fəxr etməmək olmaz. Qəbələ - gözəl dağ və meşələrlə əhatə olunmuş rahat bir regiondur. Amma məni daha çox gözəl memarlıq, mühəndislik üslubunda tikilmiş paytaxt Bakınız təəccübləndirdi.

Əlbəttə, mən Azərbaycanın mətbəxindən də zövq aldım. Buranın doyumlu yeməklərinin dadını uzun müddət hiss edəcəyəm. Düzdür, bu yeməklərin porsiyası mənim üçün çox böyükdür (gülür)...

Xatırladaq ki, 13-cü Ümumdünya Skaut Gənclər Forumunun iştirakçıları - gənc liderlər, həmçinin 41-ci Dünya Skaut Konfransında iştirak edəcəklər. Qəbul olunmuş qərarlar konfransın yekun qərarlarına da daxil ediləcəkdir. Konfrans 14-18 avqustda Bakı Konqres Mərkəzində baş tutacaqdır.

Azər Məmmədov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri