13 
Avq
2017
10:55
51
176
4341
Virtual karabakh

Naməlum şəxslər yanacaqdoldurma məntəqəsinin işçilərini döydü

13 Avq, 2017
10:55
4341

Naməlum şəxslər yanacaqdoldurma məntəqəsinin işçilərini döydü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunda yanacaqdoldurma məntəqəsinin 3 işçisi döyülüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolu üzərindəki yanacaqdolduma məntəqələrinin birində qeydə alınıb.

Belə ki, rayonun Qırxçıraq kənd sakini, 24 yaşlı operator Zamiq Raqib oğlu Nəbiyev iş başında ikən tanımadığı avtomobilin sürücüsü onunla zarafatlar edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və avtomobildə olan 5 nəfər Zamiq Nəbiyevi və onun daha iki iş yoldaşını döyərək ərazidən uzaqlaşıblar. Döyülmə zamanı Zamiq Nəbiyev ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, yanacaqdoldurma məntəqəsinin işçilərini döymüş şəxslər polis tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri