20 
Fev
2014
17:19
61
3
3464
Virtual karabakh

ABŞ-da Xocalı soyqırımının tanıtım aksiyası davam edir – FOTO + VİDEO

20 Fev, 2014
17:19
3464

ABŞ-da Xocalı soyqırımının tanıtım aksiyası davam edir – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-York metrosunda soyqırımdan bəhs edən posterlər yerləşdirilib.

Azərbaycan Amerika Alyansının təsisçiisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda davam edir.

Oxu.Az xəbər verir ki, Nyu-York metro stansiyalarına Xocalı soyqırımından bəhs edən posterlər yerləşdirilib.

Stansiyalarının sayına görə dünyanın ən iri metropoliteni olan Nyu York metrosunun 34 stansiyasında bərkidilən posterlər bu nəqliyyat vasitəsindən istifadə edən insanları da Xocalı qətliamından xəbərdar edir.  

Kampaniyanın daha bir istiqaməti mobil proyeksiya vasitəsilə Nyu-Yorkun mərkəzi küçələrində yerləşən binalar üzərində əks olunan qrafik görüntüdən ibarətdir.  Аxşam və gecə saatlarında insanların sıx toplaşdığı yerlərdən keçən, üzərinə xüsusi qurğu bərkidilmiş nəqliyyat vasitəsi Xocalı faciəsinin həqiqətlərini daş tikililər üzərində işıqlandıraraq bir daha diqqəti Azərbaycan tarixinin ən dəhşətli səhifəsinə yönəldir.

Aksiyanın gedişatı ilə www.azerbaijanamericaallliance.org saytından, www.facebook.com/pages/Azerbaijan-America-Alliance səhifəsindən tanış ola bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri