26 
Okt
2016
14:00
46
66
2081
Virtual karabakh

“Nar bayramı” Krasnoyarskda qeyd olundu

26 Okt, 2016
14:00
2081

“Nar bayramı” Krasnoyarskda qeyd olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Krasnoyarsk şəhərində “Nar bayramı” keçirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Krasnoyarsk Azərbaycan milli-mədəni muxtariyyəti olub.

Bayram tədbirini Azərbaycanın “Odlar Yurdu” xalq mahnı və rəqs ansamblı açıb.

Arzu edənlər Azərbaycan milli mətbəxinin tərkibində nar olan ləziz yeməklərindən zövq almaq şansı qazanıb.

Bundan əlavə, tədbir çərçivəsində bayram mövzusu ilə əlaqədar uşaq rəsmlərinin və milli ədəbiyyatın sərgisi keçirilib.

Tədbirin sonuna doğru münsiflər heyəti “Narla yemək” nominasiyasında ən yaxşıları və “Nar bayramını necə görürəm” mövzusundə ən yaxşı uşaq rəsm əsərini seçib. Qaliblərə xatirə hədiyyələri və paxlava, nar və təbii nar şirəsi kimi mükafatlar verilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri