26 
Fev
2014
18:35
86
7
10259
Virtual karabakh

1003 nəfər xocalılını xilas edən Milli Qəhrəmana büst qoyuldu – FOTO

26 Fev, 2014
18:35
10259

1003 nəfər xocalılını xilas edən Milli Qəhrəmana büst qoyuldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirdə Milli Qəhrəmanlar iştirak ediblər.

1003 nəfər Xocalı sakinini əsirlikdən azad edən Milli Qəhrəman Allahverdi Bağırova büst qoyulub. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyətinin məsul işçiləri, deputat Madər Musayev, Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyev, fəal gənclər, hərbçilər, məktəblilər, ictimaiyyətin digər nümayəndələri iştirak edib.

Açılışdan sonra mərasimdə Milli Qəhrəman Mirzə Quliyev, Milli Qəhrəman Rasim İbrahimovun oğlu Nizami İbrahimov, Milli Qəhrəman Allahverdi Bağırovun qızı Aynur Bağırova, Milli Qəhrəman Elxan Zülfüqarovun bacısı Naridə Zülfüqarova Ali Baş Komandan İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Onlar bu parkın açılışı və büstlərin qoyulmasını qeyd olunan ehtiramın bariz göstəricisi kimi səciyyələndiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri