10 
Noy
2016
10:32
48
275
31375
Virtual karabakh

Əhəd Abıyev Kolumbiya bayrağını yumruqlayıb? – VİDEO + YENİLƏNİB

10 Noy, 2016
10:32
31375

Əhəd Abıyev Kolumbiya bayrağını yumruqlayıb? – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Daşkəsən rayonunda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən tədbirdə şiferdən hazırlanmış bayraq Ermənistan bayrağı olub. Həmin bayraq Kolumbiyanın bayrağı deyildi”.

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

O bildirib ki, həmin bayrağı “N” saylı hərbi hissə hazırlayıb: 

“Sındırılan Ermənistan bayrağını Kolumbiya bayrağı kimi təqdim edənlər erməni dəyirmanına su tökürlər. Bu insanlara görə işğal olunmuş ərazilərimizi azad edə bilmirik. Kolumbiya bayrağı ilə Ermənistan bayrağını necə səhv salmaq olar?! Sadəcə, Ermənistan bayrağı tərs tutulub. Məncə, düz ediblər. Həmin bayrağı əks etdirən lövhəni hərbçilər ayaq altına atıb, qıracaqdılar. Dedim, “saxlayın, özüm qırım”. Elə bir yumruqla lövhəni sındırdım. Özüm Qarabağ veteranıyam, o bayrağı qıranda ermənilərin vəhişiklikləri gözüm önünə gəldi. Doğrudur, barmaqlarım sınıb, rentgendən keçdim. Amma ciddi bir şey yoxdur”.”.

Qeyd edək ki, sosial şəbəkələrdə və KİV-də Daşkəsəndə Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə şiferdən hazırlanmış bayrağın Ermənistanın deyil, Kolumbiyanın bayrağı olduğu barədə məlumatlar yayılıb. Ə.Abıyev Ermənistan əvəzinə, Kolumbiya bayrağına yumruq atmasına görə tənqid edilib.

09:42

Daşkəsəndə 9 Noyabr - Dövlət Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb.

Oxu.AzQafqazinfo”ya istinadən xəbər verir ki, icra başçısının bu addımı sosial şəbəkələrdə müxtəlif baxışlardan şərh edilib.

Amma ən maraqlı olan odur ki, Ə.Abıyev Ermənistan adı ilə sındırdığı bayraq Kolumbiya bayrağı olub. Rəngləri bir-birinə tam uyğun olan bu iki ölkənin bayrağı yalnız həmin rənglərin sıralanmasına görə fərqlənir. İcra başçısı isə bunun fərqində olmayıb.

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Ermənistan və Kolumbiya bayraqlarının dəyişik salınması halı baş verib.

Ermənistan bayrağı

Kolumbiya bayrağı

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri