29 
Noy
2016
09:19
23
93
15684
Virtual karabakh

Oğuzda tragikomik hadisə – VİDEO

29 Noy, 2016
09:19
15684

Oğuzda tragikomik hadisə – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuzun Zərrab kənd sakini Firuz Şükürovun başına iş gəlib. Yaz aylarında ərazidə çoxalan qarışqalar onun qaz sayğacının içinə girib. Abonent qarışqaların qaz sayğacının şüşə yerində olduğunu gördükdə, Oğuz rayonunun Qaz İdarəsinə onu təmizləmək üçün müraciət edib. Bu zaman vətəndaşa sayğacın istismar müddəti bitdiyi üçün dəyişilməli olduğunu deyiblər.

Abonentin dediyinə görə, bir neçə aydan sonra sayğaca müdaxilə etdikləri iddiası ilə ona 200 manat cərimə tətbiq olunub.

Rayon Qaz İstimarı İdarəsinin məsul işçisi Mirbala Məmmədov isə deyir ki, sayğac sökülərək texniki araşdırmalar üçün Bakı şəhərinə göndərilib. Labarotoriyada sayğaca şirə töküldüyü üçün qarışqa yığıldığı bildirilib. Bu da sayğaca müdaxilə hesab edilib.

Abonent bildirir ki, rəsmi qurumun mudaxilə saydığı qarışqanın sayğaca girməsini onlar özləri xəbər veriblər. Əgər müdaxilə olsaydı, bu hadisə gizlədilərdi. İndi abonent məsələnin ətraflı araşdırılması üçün “Azəriqaz”ın rəhbərliyinə müraciət edəcək.

Oxu.Az xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri