15 
Dek
2016
16:39
99
33
3397
Virtual karabakh

Minskdə Azərbaycanın sorğusu əsasında blogger saxlanılıb

15 Dek, 2016
16:39
3397

Minskdə Azərbaycanın sorğusu əsasında blogger saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minskdə rusiyalı və israilli blogger Aleksand Lapşin saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə bloggerin “Facebook” səhifəsində bildirilir.

Lapşin qeyd edib ki, o, Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb.

“Sputnik Belarus” agentliyinin yaydığı məlumatda isə bildirilir ki, Lapşin Bakıya təhvil verilə və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilər.

Qeyd edək ki, sözügedən şəxsin adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olunub. Buna səbəb bloggerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. Lakin 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün bloggeri beynəlxalq axtarışa verib.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri