Yan
2017
11:24
50
270
19094
Virtual karabakh

Səngəçalda qaz kəmərində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

2 Yan, 2017
11:24
19094

Səngəçalda qaz kəmərində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qaz xəttində baş verən yanğın söndürülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

09:10

2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri