Yan
2017
18:02
144
35
2441
Virtual karabakh

Bakıda üstüaçıq kitabxana: Soyuqda kitabla isinənlər – VİDEO

Kitabın insan həyatında rolu çox böyükdür. Çünki kitab dünya barəsində yığcam yol xəritəsidir. Bəlkə də küçədə aqressiv olmağımızın, səbrsizliyimizin, kriminal hadisələrin bu qədər çoxalmasının bir səbəbi də kitab oxumamağımızdır. Hər gün ən azı bir saat kitab oxuyan adam anlaşılmazlığı, çıxış yolunu soyuq silahda axtarmaz.

Ölkəmizdə bu kimi halların qarşısını almaq üçün bir sıra şərait yaradılıb. Elə şəhərin mərkəzində fəaliyyət göstərən “Açıq kitabxana”da buna xidmət göstərir. Kitabxana gənclər arasında mütaliəyə marağın artırılması məqsədi ilə açılsa da, oxucular azlıq təşkil edir.

Çəkiliş zamanı kitabxanaya ilk yaxınlaşan da Türkiyə vətəndaşı olan yaşlı bir şəxs idi. Onun bu sözləri diqqətimizdən yayınmadı.

“Mənim sevdiyim bir şəxsin kitabını götürüm. Bəxtiyar Vahabzadə ilə çox gözəl günlərmiz, söhbətlərimiz olub”. 

Mərtgün Dinc azərbaycanıları çox sevdiyini, xalqımızın əvvəllər kitaba daha çox bağlı xalq olduğunu deyir. 

“Mən Azərbaycana aşiqəm. Buna səbəb azərbaycanlıların çox mütaliə etmələridir. Buradan keçərkən kitabla bağlı olan bu yeri gördüm, çox xoşuma gəldi. Necə fəaliyyət göstərdiyini maraqlanmaq üçün baxmağa qərar verdim. Çox sevindim, məmnun oldum. Bütün dövlətlərin gələcəyi kitaba və sənətə bağlıdır. Mən bura aşiqəm. Ancaq buranı görəndən sonra daha da aşiq oldum”. 

“Açıq kitabxana” yaşından asılı olmayaraq bütün oxucular üçün sərbəst bir məkandır. Burada kim istəyir gəlib kitab oxuya bilər. Təəssüf ki, çəkiliş apardığımız müddətdə oxu masası ətrafında hansısa gənci yox, 5-ci sinif uşağının kitabxanaya yaxınlaşmasını gördüm.

“Adım Bədəlzadə Tuncaydır. 5 b sinifində oxuyuram. Kitabxanaya tez-tez gəlirəm. Ən sevdiyim kitablar “Don Kixot”, “Tom Soyyerin macəraları”, “Şahzadə və dilənçidir” və “Uzuncorab Peppi”dir”. 

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova oxuyucuların azlığını havaların soyuq keçməsi ilə əlaqələndirir. Daha sonra bizə “Açıq kitabxana”nın iş xüsusiyyəti barədə məlumat verir.

“Oxucu istər kitabı gəlib açıq kitabxanada mütaliyə edə bilər, itərsə də seçdiyi kitabı evdə, iş yerində oxuya bilər və bunu müqabilində ona lazım olmayan kitabı “Açıq kitabxana”da başqa bir kitabla dəyişib apara bilər. Bu “Açıq kitabxana”nın tərkibini oxucu sorğusu əsasında dəyişdirir, təkmilləşdirir və zənginləşdirir”. 

Bu məkanda müxtəlif kitablar var ki, daha çox bədii ədəbiyyat üstünlük təşkil edir. Burada bəzi yazarların öz imzaları ilə hədiyyə etdikləri kitabları da görmək mümkündür. Onlar arasında elə tanınmayan yazarlar var ki, özlərinə oxucu kütləsi yığmaq üçün bunu fürsət bilib kitablarını guşələrə yerləşdirib.

“Açıq kitabxana” fəaliyyətə başlayandan sonra kitabxanaya turistlərin də marağını artırıb. Bunu kitabxananın “rəy və təkliflər” dəftərinə yazılan xatirə sözlərindən görmək mümkündür. 

Kitabxanya yay aylarında müraciət edənlər çoxluq təşkil etsə də, payız-qış ayları üçün şəarit yaradılmayıb. Ancaq bu oxuyucular üçün bəhanə ola bilməz. Necə ki müsahibimiz soyuq havada mütaliyəsinə davam edirdi. 

“Mərtgün bəy, hava soyuqdur və siz gəlib kitab oxuyursunuz. Bunu sizin səhhətinizə ziyanı var” deyərək ona yaxınlaşıram. 

Türkiyəli yaşlı dayının bu sözləri hər kəsə örnək ola biləcək ifadələrdi:

“Kitab üşüyənləri isidər. Qar yağarkən kitab oxuyanlar var, onar heç vaxt üşüməzlər, çünki kitab onları isidər. Yağış yağışdan qaçanları daha çox isladar. Oxumaq da oxumaqdan qaçanları daha çox cahilləşdirir, pis yollara sövq edər. Oxumaq insanları isidər. Bəzi insanlar qəzetləri yandıraraq isinərlər. Halbuki, oxusalar həmin qəzetləri yandırmağa ehtiyac qalmaz”. 

A.S.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri