Yan
2017
14:52
11
117
2963
Virtual karabakh

Nazirlik: Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olur

9 Yan, 2017
14:52
2963

Nazirlik: Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda tək-tək hallarda A tipli qrip virusuna aid olan H3N2 aşkar olunur”. 

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya deyib ki, bu gün insanlarda əsasən respirator virus infeksiyalarına xas olan adena virus, paraqrip müşahidə edilir. 

Onun sözlərinə görə, tək-tək hallarda A tipinə aid olan virus yoluxmaları olur və bu, mövsümi haldır: 

“Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olur. Xəstəlik ona görə ağır keçir ki, insanlar yataq rejimə riayət etmir, həkimə getmir, müalicə almırlar. Bu qaydalara riayət edilmədikdə xəstəlik ağırlaşır.

Amma ilk əlamətlər olduqda həkimin dediyi təyinatla müalicə olunsa, həmin şəxslərdə xəstəlik yüngül keçir, heç bir ağırlaşma-bronxit, pnevmaniya olmur. Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olurlar. Xəstə insanlar işə davam edəndə, evdən çıxanda ətrafdakıların da yoluxmasına səbəb olur”.

A.Əliyeva qeyd edib ki, bu günə kimi nisbətən ağır respirator infeksiya keçirən xəstələrdən laborator müayinə üçün material götürülür və Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında müayinə olunur. Direktor müavini vurğulayıb ki, onların arasında bir neçə nəfərdə A tipli qrip virusuna aid olan H3N2 qeydə alınıb. Onun sözlərinə görə, H3N2 çox yüngül keçən mövsümi qripdir.

A.Əliyeva qeyd edib ki, Azərbaycanda insanların qripdən ölməsi ilə bağlı səsləndirilən fikirlər əsasızdır, indiyə kimi ölkədə qripdən ölən olmayıb. 

“Bununla bağlı müəyyən təkliflərimizi vermişik. İkinövbəli sistem üçün əlavə işçi qüvvəsinə ehtiyac var. Bizim niyyətimiz nə pul qazanmaqdır, nə də ki, vətəndaşların oxumasına mane olmaq. Çox çalışırıq ki, əvvəlki qaydalar yenidən bərpa olunsun.

Ancaq hazırda kitabxanada qiymətli kitablar, nüsxələr saxlanılır. Azərbaycanın ən qədim 15 kitabı var. Bəs bunlardan biri itsə, kim cavabdeh olacaq?! Çox xahiş edirik ki, oxucular da bizi doğru anlasınlar”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri