10 
Yan
2017
17:17
15
314
5366
Virtual karabakh

Bakıda gənc özünü binanın 19-cu mərtəbəsindən yerə atıb

10 Yan, 2017
17:17
5366

Bakıda gənc özünü binanın 19-cu mərtəbəsindən yerə atıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 21 yaşlı oğlan özünü binanın 19-cu mərtəbəsindən yerə atıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Əliyev Murad Eldar oğlu Əsəd Əhmədov küçəsində yerləşən 19 mərtəbəli yarımtikilinin 19-cu mərtəbəsindən intihar etmək məqsədilə özünü yerə atıb. M.Əliyev hadisə yerində ölüb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri