10 
Yan
2017
17:57
98
39
1505
Virtual karabakh

Şagirdlər arasında olimpiada başlayır

Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçiriləcək. Bilik yarışının birinci mərhələsinə 29691 şagirdin qatılacağı gözlənilir.

Respublika fənn olimpiadasında iştirak edəcək şagirdlərdən 10842 nəfər IX (onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən VIII sinif şagirdləri də vardır), 9311 nəfər X, 9538 nəfər isə XI sinif şagirdidir. 28014 nəfər şagird Azərbaycan, 1677 nəfər şagird isə rus bölməsində təhsil alır.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

A.M.

www.oxu.az

Digər Cəmiyyət xəbərləri