10 
Yan
2017
23:01
87
128
4785
Virtual karabakh

MDU-nun rektoru Putinə universitetin Bakı filialından danışdı

10 Yan, 2017
23:01
4785

MDU-nun rektoru Putinə universitetin Bakı filialından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanın ən yaxşı universitetidir. 

Oxu.Az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu M.V. Lomonosov adına MDU-un rektoru Viktor Sadovniçi Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.

Rektor dövlət başçısını MDU-nun inkişaf proqramının həyata keçirilməsi və ali məktəbin filial şəbəkəsinin genişləndirilməsi ilə bağlı məlumatlandırıb.

“Bizim Bakı filialımız üçün ayrıca kampus tikilib. Azərbaycanın ən yaxşı universitetidir. Burada 6 fakültə var, 500 tələbə - Azərbaycanın elitası təhsil alır”, - deyə V. Sadovniçi bildirib.

Rektor ümumilikdə MDU-nun filiallarında 3 min tələbənin təhsil aldığını qeyd edib: 

“Mühüm olan odur ki, biz rus dilində öyrədirik. MDU-nun diplomunu veririk. Filialları bitirənlər həmin respublikalarda qalaraq orada işləyirlər. Yəni ki, biz dostlarımızı hazırladığımıza ümid edirik”.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri