10 
Yan
2017
23:17
21
210
3787
Virtual karabakh

SOCAR-dan Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə – AÇIQLAMA

10 Yan, 2017
23:17
3787

SOCAR-dan Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri