12 
Yan
2017
14:09
21
484
16548
Virtual karabakh

Bakıda 3 uşaq anası əməliyyat zamanı öldü – YENİLƏNİB

12 Yan, 2017
14:09
16548

Bakıda 3 uşaq anası əməliyyat zamanı öldü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi 5 saylı xəstəxanada “qrija” əməliyyatı zamanı dünyasını dəyişən Vüsalə Məmmədova ilə bağlı açıqlama verib.

Oxu.Az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Cavid XəliovQafqazinfo”ya deyib ki, Məmmədova Vüsalə Hümmət qızı dünən günorta saat 1 radələrində dünyasını dəyişib:

“Mərhumun ölüm səbəbi patoloji anatomiya ekspertizasından sonra məlum olacaq. Ekspertizanın nəticəsi iki həftə ərzində məlum olacaq. Ondan sonra mərhumun hansı səbəbdən dünyasını dəyişdiyi bəlli olacaq”.

Qeyd edək ki, mərhumun yaxınlarının criminal.az saytına verdiyi xəbərə görə, ölümə səbəb həkim səhlənkarlığıdır. Belə ki, iddiaya əsasən, həkim əməliyyat zamanı səhvən xəstənin damarını zədələyib. Nəticədə üç uşaq anası qanaxmadan dünyasını dəyişib.

11:48

Ötən gün Bakının tanınmış xəstəxanasında qadın əməliyyat zamanı dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, mərhumun yaxınları criminal.az-a bildirib ki, 3 uşaq anası olan Vüsalə adlı qadın 5 saylı xəstəxanada “qrıja” əməliyyatı olunub. 

Lakin xəstə əməliyyat masasında keçinib.

Mərhumun ailəsi yaxınlarının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. 

Bildirirlər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. 

Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq “olur də belə şeylər” deyərək gedib.

Mərhum xanımın 3 azyaşlı uşağı anasız qalıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri