12 
Yan
2017
11:56
19
64
785
Virtual karabakh

Birləşmiş Ərəb Əmirliyi səfirliyindən Əfqanıstandakı terrorla bağlı – BƏYANAT

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Azərbaycandakı səfirliyi ötən gün Əfqanıstanda törədilən terror aktı ilə bağlı bəyanat yayıb.

Səfirlikdən Oxu.Az-a verilən məlumata görə, hadisə əfqan xalqına humanitar dəstək olmaq məqsədi ilə Dar Xalifa Bin Zayed Al Nahyan İnstitutunun təməlinin qoyulması və Kardan Universiteti ilə BƏƏ tərəfindən təmin olunan təqaüd proqramlarının imzalanması zamanı Qəndahar qubernatorunun qonaq evində törədilən terror nəticəsində BƏƏ-nin nümayəndə heyətindən 5 nəfər həlak olub. Bununla yanaşı BƏƏ-nin Əfqanıstandakı səfiri Juma Mohammed Abdullah Al Kaabi yaralanıb.

Bununla bağlı olaraq BƏƏ-nin Bakıdakı səfirliyinin öz binasında başsağlığı kitabı açılacaq.

A.S.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri