13 
Yan
2017
14:35
24
236
21415
Virtual karabakh

Qalmaqallı məktəb direktorunun səs yazısı yayıldı – AUDİO

13 Yan, 2017
14:35
21415

Qalmaqallı məktəb direktorunun səs yazısı yayıldı – AUDİO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir kənd məktəbinin direktoru Akif Namazovun səs yazısı üzə çıxıb.

Oxu.Az xəbər verir ki, məktəbdə laborant işləmiş Xatirə Əliyeva direktorun müəllimlərdən rüşvət almasını əks etdirən səs yazısını musavat.com-a təqdim edib. 

Direktora aid olduğu iddia edilən səs yazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur: 

“Sənin işin-zad yoxdurmu, imtahanı ləğv etmək olar. Edəkmi deyirəm, imkan varmı? Zəng ediblər, deyirəm nazirlikdən... Ona baxmaq mümkündür. İstəyirsən gəl, burada söhbət edək. Mən məktəbdəyəm. Telefon söhbəti deyil də bu... (qarşı tərəf: 5-ə gücüm çatmayacaq). Gəl də, yanıma gəl, telefon söhbəti deyil. Yaxşı 500... Edə bilərsənmi?.. Mən indi ora cavab verməliyəm, mənə vaxt veriblər. Nə qədər? Onda heç olmasa, 300 elə, deyim, düzəltsinlər. Nə deyim, indi mən? Onda çatdır, gətir. (qarşı tərəf: mənim indi imkanım yoxdur). Verməliyik də getməlidir ora, (nazirliyi nəzərdə tutur) gələrdin burada söhbət edərdik”.

Xatırladaq ki, Şəmkirin M.Süleymanov adına Aşağı Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək məktəb direktoru haqqında ağır ittihamlar irəli sürmüşdü. Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb.

Məktəb direktoru isə ittihamlara cavab olaraq keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ittiham edib və onun buna görə işdən çıxarıldığını bildirib.

Təhsil Nazirliyi baş vermiş qalmaqal ilə bağlı ciddi araşdırma aparıldığı barədə məlumat yayıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri